"Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirlərinin ikigünlük görüşü başlayıb. SİA-nın verdiyi xəbərə görə, ABŞ dövlət katibi Hillari Klinton iclası açaraq bildirib ki, bu görüşdə əsas mövzulardan biri Suriyadakı vəziyyətdir. Orada atəşkəs rejimi artıq qüvvəyə minməlidir.
Dövlət katibi Suriya böhranının bu ölkənin xalqının mənafeyi naminə dinc yolla həll ediləcəyinə hələ də ümid etdiyini bildirib.
H.Klintonun sözlərinə görə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, ABŞ, Yaponiya və Rusiyanın xarici siyasət idarələrinin başçıları bu iclasda İranın nüvə proqramı ilə əlaqədar vəziyyəti, Koreya Xalq Demokratik Respublikasında planlaşdırılan raket buraxılışını və İsrail-Fələstin münaqişəsini də müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB