Meksikada 7 bal gücündə zəlzələ olub

Meksikada 7 bal gücündə zəlzələ olub
Meksikada 7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələ Miçoakan ştatında qeydə alınıb. ABŞ Geologiya xidmətinin yaydığı açıqlamada bildirilir ki, zəlzələnin episentri La-Mira şəhərindən 51 km cənub-qərbdə 65,6 km dərinlikdə olub. Zəlzələ paytaxt Mexikoda da hiss olunub. Hazırda zəlzələnin hansı tələfatlara səbəb olduğu aydınlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə