Suriyada aprelin 12-si saat 6:00-dan atəş dayandırılacaq

Suriyada aprelin 12-si saat 6:00-dan atəş dayandırılacaq
Suriya hökuməti atəşkəs elan edib. SİA-nın \"BBC\" yə istinadən verdiyi xəbərə görə, Suriya hökuməti aprelin 12-si saat 6:00-dan atəşi dayandıracağını bəyan edib. Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib ki, Suriya hğküməti Annan planına riayət edir: \"İndi növbə silahlı müxalifətindir – Annan planının şərti belədir".


Qeyd edək ki, BMT və Ərəb Liqası Dövlətlərinin xüsusi elçisi Kofi Annan münaqişənin nizamlanmasına başlanması üçün aprelin 10-nu son tarix elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə