İndoneziyada baş verən güclü zəlzələ 5 dövlətdə hiss olunub

İndoneziyada baş verən güclü zəlzələ 5 dövlətdə hiss olunub
İndoneziyanın Açeh vilayətində 8.7 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ABŞ Geoloji Müşahidə Mərkəzi yayıb. Yeraltı təkanın episentri sahildən 495 kilometr aralıda 33 kilometr dərinlikdə qeydə alınıb.

Güclü zəlzələ Avstraliya, Pakistan, Sinqapur, Hindistan, Taylandda da hiss edilib. Hind okeanında sunami xəbərdarlığı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə