Serbiya niyə Avropa İttifaqına daxil olmaq istəmir?

Serbiya niyə Avropa İttifaqına daxil olmaq istəmir?

Serbiya Radikal Partiyası sədrinin müavini Zoran Krasiç bildirib ki, Serbiya heç zaman Avropa İttifaqına (Aİ) daxil olmayacaqdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun fikrincə, serb xalqı Avropa İttifaqına daxil olmaq istəmir, çünki Aİ Serbiyaya qarşı ikili standartlar yeridir. Z.Krasiç vurğulayıb ki, Serbiyanın Aİ-yə daxil olması, serb xalqının işsiz qalması, Kosovonun Serbiyadan tamamilə ayrılması və tibbi müayinədən yalnız imkanı olan serblərin bəhrələnə bilməsi ilə nəticələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə