"Ayətullahlar rejiminə qarşı dünyanın ən güclü ordusu İran xalqıdır"
Sonuncu İran şahının oğlu Rza Pəhləvi İsrail televiziyası ilə çıxış edib. Mignews-a istinadən verilən məlumata görə, şahzadə İsraildən İranı bombalamamağı, bunun əvəzində müxalifətə ayətullahlar rejimini devirməkdə köməklik göstərməyi xahiş edib.
"Biz sizə hücum etməyə hazırlaşırıq və ya biz sizə hücum edəcəyik deməklə siz rejimə arzuladığı xidməti göstərirsiniz. Siz Xameneyi və güruhuna cavablarının tükəndiyi anda cavab hədiyyə edirsiniz. Bu, ağılsızlıqdır. Bunun heç bir mənası yoxdur", - Rza Pəhləvi deyib.
Şahın oğlunun fikrincə, ayətullahlar rejiminə qarşı dünyanın ən güclü ordusu İran xalqıdır və onu səfərbər etmək lazımdır: "Bunu siz etməsəniz də Allah edəcək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB