Yaxın gələcəkdə Almaniyada əcnəbi ad-soyadlı polis, müəllim, yanğınsöndürən və məmurların sayı xeyli artacaqdır. Büdcə sahəsində işləyən miqrantların nisbi sayının artması inteqrasiya tədbirləri üzrə qəbul edilmiş milli planın mühüm məqsədlərindən biridir. Miqrasiya üzrə beşinci konfransda 120-yə yaxın siyasətçi, biznes və miqrantlar birliklərinin nümayəndələri iştirak edib.
AFR kansleri Angela Merkel konfransın açılış mərasimində deyib: "İnteqrasiya təkcə dil bilməklə bitmir".
Onun fikrincə, miqrantların və köçkün ailələrindən olan şəxslərin AFR cəmiyyətinin bütün sahələrində fəal iştirak etməsi imkanı yaradılması üçün konkret tədbirlər görülməlidir. Merkel əmin olduğunu bildirib ki, əcnəbi mənşəli Almaniya sakinlərinin inteqrasiyası sahəsində qazanılan uğurlar bütün ölkənin xeyrinə olacaqdır. Merkel dövlət xidmətində miqrantlar üçün kvotalar tətbiq edilməsinin əleyhinə olmasını bir daha təsdiqləyib.
Frans-Press agentliyi xəbər verir ki, müxalifət inteqrasiya konfransını "sırf rəmzi siyasət" adlandıraraq onun yekunlarını kəskin tənqid edib. Məsələn "Yaşıllar" partiyasının inteqrasiya problemləri üzrə eksperti Mehmet Kılıc qeyd edib ki, bu mövzuda birinci konfransdan sonra keçən dörd il ərzində praktiki olaraq heç bir müsbət dəyişiklik görünmür. Parlamentin Solçu partiya fraksiyasının nümayəndəsi Sevim Dağdələn deyib: "Almaniyada miqrantların həyat şəraiti bu görüşdən sonra da dəyişməyəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB