Mahmud Əhmədinecat: "İran 2-3 il neft satmasa da, davam gətirə bilər"

Mahmud Əhmədinecat: "İran 2-3 il neft satmasa da, davam gətirə bilər"

İran neft satışı üzərinə embarqo qoyulması şəraitində də bir neçə il davam gətirə bilər. Bunu İslam Respublikasının prezidenti Mahmud Əhmədinecat deyib.

İran mediası xəbər verir ki, ölkə artıq İspaniyaya neft satışını dayandırıb. Bu ilin iyulundan isə ABŞ-ın və Avropa Birliyinin İrandan neft icrac edən ölkələrə qarşı sanksiyası qüvvəyə minəcək. Həmin müddətdən sonra Tehranla mövcud sahədə əməkdaşlığa yol verən ölkələrin Birləşmiş Ştatların maliyyə sistemindən kənar düşəcəyi vurğulanır. Bununla belə ekspertlər hesab edirlər ki, Vaşinqton heç bir halda İslam Respublikası neftinin iri ixracatçısı olan Çin və Hindistana təsir göstərə bilməyəcək.


M.Əhmədinecat isə bildirir: "Biz onlara deyirik - o qədər çox toplaya bilmişik ki, hətta bundan sonra 2-3 il neft satmasaq belə, ölkə üçün çətinlik yaranmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə