Almaniyada benzin satışından dövlət daha çox qazanc götürsə də, ölkənin vergi sistemi elə qurulmuşdur ki, yanacağın bu əfəki bahalaşmasından neft şirkətləri daha çox udacaqdır. SİA-nın azərtac-a istinadən verdiyi məlumata görə, alman ictimaiyyəti benzinin qiymət sıçrayışından hiddətlənib.
Avtomobilçilər neft inhisarçılarını cilovlamağı və vergiləri azaltmağı tələb edirlər. Onların fikrincə, unutmaq olmaz ki, yanacağa sərf olunan pulların əsas hissəsi xəzinəyə gedir. Bir daha bildiririk: AFR-in fiskal sisteminin spesifikası elə qurulub ki, benzinin bu bahalaşmasından ölkə büdcəsindən daha çox neft şirkətləri yararlanacaqdır. Ən yeni tədqiqata görə, onlar son aylarda öz mənfəətlərini maksimuma çatdırıblar.
Reuters agentliyi xəbər verir ki, ADAC Ümumalmaniya avtomobil klubunun hesablamalarına görə, 2011-ci ildə ölkənin benzindoldurma stansiyalarında bir litr benzinin orta qiyməti 1,52 avro olub. Bunun 90 senti, yaxud 59 faizi vergilərə gedib. 2012-ci ilin yanvarında 95 benzininin orta qiyməti təxminən 1,57 avroyadək qalxmış, vergilərin payı 57 faizə endirilib.
Belə dinamika alman fiskal sisteminin enerji vergisi ilə bağlı xüsusiyyəti ilə izah olunur. Benzinin pərakəndə qiymətində ən böyük hissə məhz onun payına düşür. Reuters agentliyiynin gətirdiyi misalda 1,57 avrodan 65,45 sent verginin payına düşür. Özü də onun həcmi həmişə bu məbləğdə olur, çünki bu vergi satılmış yanacağın hər bir litrindən tutulur və onun qiymətindən asılı deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB