Yaponiya və İngiltərə müdafiə sahəsinin gücləndirilməsi və inkişafı istiqamətində razılığa gəlib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, razılıq Yaponiya baş naziri Yoşihiko Noda ilə İngiltərə baş naziri David Kameron arasında əldə olunub. Noda və Kameron yaxın zamanlarda barış və təhlükəsizliyə nail olunması üçün yeni proqramların hazırlanacağını dilə gətiriblər. Qeyd edək ki, ilk dəfə olaraq təhlükəsizlik sahəsində ABŞ ilə Tokio rəhbərliyi arasında da silahların sayının genişləndirilməsi istiqamətində müqavilə bağlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB