Riqa məktəbliləri şəhər nəqliyyatından pulsuz istifadə edəcək

Riqa məktəbliləri şəhər nəqliyyatından pulsuz istifadə edəcək

Sentyabrın 1-dən etibarən Latviya məktəbliləri Riqanın ictimai nəqliyyatından pulsuz istifadə edəcəklər. "NovoNews" xəbər verir ki, bu barədə Riqa Dumasının nəqliyyat və rabitə komitəsi qərar verib.


Güzəştlərin ancaq aşağı sinif sagirdlərinə aid olunmasının müzakirəsi getdiyi bir vaxtda şəhər meri Nil Uşakov imtiyazın bütün məktəblilərə şamil olunmasını təklif edib.


Komitənin iclasında çıxış edən "Rigas satiksme" bələdiyyə nəqliyyat şirkətinin rəhbəri Leon Bemxens buna görə meriyanın hər il 3,17 milyon lat (təxminən 6 milyon dollar) dotasiya, sentyabrın 1-dən isə əlavə 1,17 milyon lat da ödəməli olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə