Xarici işlər nazirinin səfəri yarımçıq qaldı

Xarici işlər nazirinin səfəri yarımçıq qaldı
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çin səfərini yarımçıq qoyub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu Suriya ilə sərhəddə gərginlik artdığı üçün səfərdən yarımçıq dönməli olub.Türkiyə-Suriya sərhədində yaşanan gərginlik diplomatik fəaliyyəti bir qədər də artırıb. Davudoğlu Pekinə səfəri zamanı çinli həmkarı ilə görüşüb. Bu görüşdən sonra Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətərin xarici işlər nazirləri ilə telefonla danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə