“Global Shapers Community” Bakı Bürosunun açılış mərasimi keçirildi

“Global Shapers Community” Bakı Bürosunun açılış mərasimi keçirildi
Bu gün Avropa Sənaye, İqtisadiyyat və Ticarət Palatasının (EEİG) Azərbaycan nümayəndəliyinin ofisində Davos Dünya İqtisadi Forumunun qlobal gənclər icmasının "Global Shapers Community" Bakı ofisinin açılış mərasimi keçirildi. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov da iştirak edirdi.

Təşkilat sədri müxbirimizə verdiyi müsahibəsində bildirdi ki, büronun Bakıda açılması ölkə gənclərinin beynəlxalq səviyyədə daha da tanınmasına, öz gücünü göstərə bilməsinə şərait yaradacaq. Belə ki, Davosda keçirilən forumda Azərbaycandan da bir neçə gəncin bundan sonra mütəmadi olaraq iştirak etmə hüququ olacaq. Büro üzvlərinin sayına gəldikdə isə, o qeyd etdi ki, müxtəlif sahələrdə özünü göstərmiş gənc üzv olacaq.

Bundan başqa Seymur Orucov vurğuladı ki, Qafqazın 75% iqtisadiyyatına sahib Azərbaycanın paytaxtında açılan "Global Shapers Community" nöqtəsi regionda ilk bürodur.

Qeyd edək ki, Bakı büronun açılış mərasimində Dünya İqtisadi Forumu "Global Shapers Community" proqramının meneceri Melih Nurluel və bir neçə fəxri qonaqlar da iştirak edirdi.

Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu (DİF) hər il Davosda dövlət və hökümət başçılarının, dünyanın ən nüfuzlu biznes qurumlarının, vətəndaş cəmiyyəti nümayəndə görüşlərinin təşkili ilə dünyanın ən məşhur Forumu və zirvə görüşlərindən birinə çevrilib. DİF yalnız Davos Forumundan ibarət deyil. İl ərzində müxtəlif seqmentləri və ahali qruplarını əhatə edən icmalar vasitəsi ilə işinin dayanıqlılığını təmin etməyə çalışır. Forum çərçivəsində fəaliyyət göstərən icmalardan biri də Gənc Liderlərin Qlobal Forumudur. Hal-hazırda forum özünün növbəti Qlobal Gənclər İcmasının, "Global Shapers Community"nin quruculuq işinə başlayıb.

Yeni yaranacaq platform dünyanın aparıcı gənclərini və dünya əhalisinin 50%-dən çoxunu əhatə edən qrupu -30 yaş altında olan gəncləri forumun işinə yaxından cəlb etməyi planlaşdırır.Yeni icma üçün artıq dünyanın 150-dən çox şəhərində qurucu-kuratorlar təyin edilib. Bakıda yerli şəbəkəni qurmaq üçün Dünya İqtisadi Forumu Vüsal Məmmədovun namizədliyini təstiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə