Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin komandanlığı Fars körfəzinə qırıcı təyyarələri daşıyan "Enterprayz" adlı ikinci həbi gəmisini göndərib. Gəmi adı çəkilən sularda ondan əvvəl bura göndərilən "Abram Linkoln"la birgə hərbi növbə çəkəcək.
ABŞ HDQ-nin 5-ci Donanmasının komandiri Emi Derrik-Frost bildirib ki, son 9 ildə Fars körfəzində iki hərbi gəmi eyni vaxtda cəmi dörd dəfə olub. Amerikalı həbçi manevrlərin İranla bağlı olmadığını söyləyib. Derrik-Frostun sözlərinə görə, gəmilər Əfqanıstandakı ABŞ hərbçilərinə dəstək vermək və Somali sahillərində dəniz quldurlarına qarşı mübarizə aparmaq məqsədilə burada yerləşdirilib.
Qeyd edək ki, nüvə proqramı ilə bağlı şənbə günü Türkiyədə İranla başlayacaq danışıqlar ərəfəsində ikinci hərbi gəminin körfəzə göndərilməsi bəzi dairələr tərəfindən narahatlıqla qarşılanıb. Ehtimal olunur ki, bu dəfə Qərb İrandan uranın zənginləşdirməsinə dair öhdəliklərin yerinə yetirilməsini sərt formada tələb edəcək. Əks təqdirdə cənub qonşumuzun daha böyük sanksiyalarla üzləşəcəyi bildirilir.
Bu arada İran rəsmiləri nüvə obyektlərini bağlamayacağını və nüvə yanacağının zənginləşdirməsindən imtina etməyəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB