Türkiyənin Suriya ilə sərhədində Bəşər Əsədə sadiq qüvvələrlə müxalifət tərəfdarları arasında atışma baş verib. Atışma nəticəsində 2 üsyançı ölüb, 22 nəfər də yaralanıb. SİA-nın verdiyi xəbərə görə, yaralılardan ikisi türkdür.
Onlar Suriya tərəfdən Türkiyə ərazisindəki çadır düşərgəsinin atəşə tutulması nəticəsində yaralanıb. Yaralılar Qaziantepə aparılıb. Atışma Türkiyənin Suriya ilə sərhəddəki Sucu və Marin kəndlərində, yerli vaxtla saat 12:30-da başlayıb. Gərginliyin artması ilə Suriyadan Türkiyəyə qaçqın axını da güclənib. Qaçqınlar Türkiyənin müxtəlif bölgələrinə göndərilir. Onların sayı 30 minə yaxınlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB