"Daşnaksyutun", "İRS" partiyası və Ermənistan Milli Konqresi ölkənin baş naziri, polis rəisi, Mərkəzi Seçki Komissiyası, ATƏT-in Demokratik təsisatlar universiteti və Ermənistanda qeydiyyatdan keçən səfrilklərə ölkədə mütəmadi yaşamayan erməni vətəndaşlarının siyahısını təqdim etmək üçün müraciət məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Vətəndaşların qeydiyyat şöbəsi parlament seçkisi ilə bağlı seçicilərin siyahısına 2.485.844 nəfərin adını daxil edib. Bundan əlavə 50.000 hərbiçi və məhbus adları da qeyd olunub. Bununla da Ermənistanda səs vermək səlahiyyəti olan şəxslərin sayı 2.535.844 nəfər olub. Eyni zamanda 2011-ci ildə əhalinin qeydiyyatı üzrə aparılan araşdırma zamanı məlum olub ki, ölkədə və xaricdə yaşayan erməni əhalisinin sayı 3 mln. 285 min nəfərdir. Ölkə üzrə əhalinin sayı isə 2 mln. 871 min nəfərdir. Faktiki olaraq rəsmi məlumatlara əsasən Ermənistanda 414-min nəfər ölkəni tərk edib. Ekspertlərin fikrincə isə bu rəqəm daha çox 700 mindir".
Məktub müəllifləri bildiriblər ki, Ermənistanı tərk edən şəxslərin seçici siyahısına daxil edilməsi cəmiyyətdə narahatlıqlar doğurur. Belə ki, bir çox erməni vətəndaşı xarici ölkələrdə qeydiyyata düşmür: "Lakin seçici siyahılarına adı salınır. Bu isə seçkilərdə hakim partiyanın saxtakarlıqla özünə səs toplamasına gətirib çıxaracaq".
Ermənistan polisi isə öz arqumentlərini ortaya qoyur. Ölkə polisinin mətbuat xidməti bildirib ki, Ermənistanın seçici siyahısına 2 482 739 nəfər daxil edilib. Bununla yanaşı, ümumi siyahıya daxil edilən 74 seçicinin adı yaşayış yeri üzrə siyahılardan müvəqqəti olaraq silinərək səsvermə zamanı yerləşmə yeri üzrə məntəqənin əlavə siyahısına daxil edilib. Ermənistanda qeydiyyatı olmayan iki nəfər yaxın seçki məntəqəsinin əlavə siyahısına daxil edilib. Bundan başqa, əlavə siyahıya səsvermə zamanı seçki məntəqələrinə ezamiyyətə yollanan 10 polis əməkdaşı daxil edilib. Bununla belə, adıçəkilən şəxslər qeydiyyat yeri üzrə seçici siyahısından çıxarılıb. Deməli hakim partiya artıq saxtakarlığın təməli qoyub. 2011-ci ildə ölkədə və xaricdə yaşayan erməni əhalisinin sayı 3 mln. 285 min nəfərdir. Polis idarəsinin məlumatında isə bu rəqəm 2 482739 nəfərə endirilib. Hər iki tərəfin arqumentlərinin düz və ya yalan olmasından asılı olmayaraq Ermənistanda daxili vəziyyət heç də stabil deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB