Malidə sular durulmur

Siyasi iqtidarın keçən ay ordunun həyata keçirdiyi qiyamla devrildiyi Malidə sular durulmur. SİA-nın verdiyi məlumata görə, separatçı tuareq militanları ölkənin bəzi şəhərlərini ələ keçiridikdən sonra əməliyyatları dayandırıblar. Tuareqlərin yaratdığı Azavad hərəkatı birtərəfli qaydada əməliyyatları dayandırdığını açıqlayıb. Qərarın mühüm şəhərlərin ələ keçirilməsindən sonra beynəlxalq birliyin tələblərinə uyğun olaraq qəbul edildiyi bildirilib.


Ensar hərəkatı isə ölkənin şimalındakı Timbuktu şəhərində şəriət elan edib. Bəzi xristianların Timbuktunun ələ keçirilməsindən sonra şəhəri tərk etdiyi bildirilir.


Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurası Malidəki hərbi qiyamı qınayıb, beynəlxalq birliyə isə ölkədə gedərək güclənən "Əl Qaidə" terror təşkilatıyla bağlı xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə