Yalançı Ermənistan yenə yalan danışdı

Yalançı Ermənistan yenə yalan danışdı

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Litvanın Yerevanda səfərdə olan xarici işlər naziri Andronyus Ajubalisə Litva parlamentinin deputatlarının 1989-cu ildə SSRİ rəhbərliyini Qarabağın özünüidarəetmə hüququna hörmətlə yanaşılmasına çağıran bəyanatının surətini təqdim etdiyini bildirib.


Sənədin mövcud olub-olmadığına aydınlıq gətirmək üçün Litvanın Azərbaycandakı Səfirliyinə müraciət olunub. Səfirlikdən məsələyə ətraflı şərh vermək istəməsələr də bildiriblər ki, Litva parlamenti 1989-cu ildə deyil, 1990-cı ilin martında yaradılıb.


Belə qənaətə gəlmək olar ki, ermənilər başda xarici işlər nazirləri E.Nalbandyan olmaqla ölkələrinə təşrif buyurmuş hər bir xarici dövlətin nümayəndəsini guya fakt qarşısında qoymaq yolu tuturlar. Eyni zamanda süni şəkildə Dağlıq Qarabağ münaqişəsində onların tərəfini saxlayanların çoxluğunu da göstərmək istəyirlər. Məsələ Ermənistanın özü üçün də acınacaqlı sonluq vəd edir. Çünki bu sayaq "manevrlər"in və tərəfdaş tapmaq cəhdinin axırda ölkəyə gələnlərin sayının azalmasına gətirəcəyi görünür. Əlbəttə, kim istəyər ki, Nalbandyan təmsil etdiyi ölkə, bu halda isə həmin ölkənin parlamenti barədə yalan fikirlər yürütsün.

Bütün xəbərlər Facebook səhifəmizdə