Kofi Annanın İrana səfərinin vaxtı açıqlandı

Kofi Annanın İrana səfərinin vaxtı açıqlandı
BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan aprelin 11-də İrana səfər edəcək. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, K.Annanın İran rəhbərliyi ilə keçirəcəyi görüşlərdə Suriya məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, K.Annan Suriya probleminin həlli üçün təkliflər irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə