Nigeriyada hücum: 7 ölü

Nigeriyanın şimal-şərqində bazarların birində təşkil edilən hücumda 7 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təcavüzkarların hadisə yerindən qaçdıqları bildirilib. Boko Haram təşkilatı ölkənin şimalında təşkil edilən bir çox silah və bomba hücumlarından məsul şəxs kimi tanınır. Qeyd edək ki, bölgədə 2009-cu ildən bu yana şiddətli hücumlarda mindən çox adam həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə