Qazaxıstan İrana qarşı hücum üçün öz ərazisindən istifadəyə icazə verməyəcək. Bu barədə məlumatı ölkənin xarici işlər naziri Altay Həbibullayev deyib.
Qazaxıstan kütləvi informasiya vasitələrinə istinadən bildirilir ki, A.Həbibullayev məsələ barədə yayılan bütün söz-söhbətləri şaiyə adlandırıb. XİN rəhbəri qeyd edib ki, ölkəsi öz ərazisini ümumiyyətlə heç bir başqa dövlətə qarşı hərbi məqsədlər üçün istifadəyə yol verə bilməz.
Qeyd edək ki, ABŞ Dövlət departamentinin rəhbəri Hillari Klinton BBC-yə açıqlamasında İsrailin rəsmi Astanadan Qazaxıstanın hava limanlarını İrana qarşı hücum məqsədilə istifadə razılığı aldığını bildirən fikirlər səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB