Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

Azərbaycan və Şimali Kipr Türk Respublikasının jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunacaq. Azərbaycan Prezidenti yanında Kütləvi İn­formasiya Vasitə­ləri­nin İnkişafına Dövlət Dəstəyi Fondundan SİA-ya bildirilib ki, bu barədə razılıq Fondun icraçı direktoru Vüqar Səfərli və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəh­bəri Zəki Qazioğlu ara­sın­da çərşənbə günü ke­çirilən görüşdə əldə olunub.

Görüşdə Fondun icraçı direktoru Azərbaycan ilə Şi­mali Kipr Türk Respublikası arasında əlaqələrin son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini, münasibətlərdə keyfiy­yətcə yeni mərhələnin yarandığını qeyd edib.

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Fondun türkdilli ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki səylərini yüksək dəyər­lən­dirib. O, Şimali Kipr Türk Respublikası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə