Somalinin paytaxtında partlayış baş verib

Somalinin paytaxtında partlayış baş verib
Somalinin paytaxtında partlayış baş verib. SİA-nın \"BBC\" yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin paytaxtı Moqadişuda baş verib. Kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb. Somalinin Olimpia komitəsinin prezidenti və Futbol federasiyasının rəhbərinin də ölənlər arasında olduğu bildirilir. Xəsarət alanlar arasında Somali televiziyasının 3 jurnalisti də var.


Partlayışa görə məsuliyyəti əl-Şabab qiyamçı qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə