ABŞ dövlət katibi Hillari Klinton Barak Obamanın seçki kampaniyasında iştirak etməyəcək. Bu barədə məlumat ABŞ administasiyasından olan etibarlı mənbələrə istinadən "Hill" qəzetində yayılıb.
Məlumata əsasən, bu, məqsədli şəkildə atılmış addımdır. Belə ki, ABŞ dövlət katibi qərəzli mövqe və hər hansı partiyaya tərəfkeşlikdə ittiham olunmamaqdan ötrü, bir qayda olaraq prezidentin seçki kampaniyasında iştirak etmir. Bundan başqa qəzet qeyd edir ki, Hillari Klinton hazırkı ABŞ administrasiyasının ən nüfuzlu simasıdır və seçki kampaniyasına qatılacağı təqdirdə, Obama dövlət katibinin hesabına avtomatik olaraq əlavə səslər əldə etmiş olacaq.
Dövlət katibi Hilari Klinton isə bir müddət əvvəl verdiyi bəyanatda, Obamanın birinci prezident müddəti bitər-bitməz administasiyasını tərk edəcəyini və çox güman qadın və uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatına rəhbərlik edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB