Avropalı ekspert: “Transxəzər məsələsində əsas təzyiq Türkmənistana ediləcək”
"Transxəzər məsələsində təzyiq Azərbaycandan çox Türkmənistana ediləcək". SİA-nın xəbərinə görə, bunu energetika üzrə avropalı ekspert Borut Qrciç bildirib. O, qeyd edib ki, buna səbəb Türkmənistanın beynəlxalq bazarlara çıxış cəhətdən çox müstəqil olmasıdır: "Transxəzər layihəsinin həyata keçirilməsi üçün Türkmənistan rəhbərliyinin ciddi siyasi iradəsinə ehtiyac var. Transxəzər layihəsinin əleyhinə Rusiya ilə İran çıxış edir. Onlar mövqelərini Xəzərin statusunun həllini tapmaması və dənizin dibi ilə kəmər çəkilməsinin ekologiyaya ziyanı ilə əsaslandırırlar".
Onun sözlərinə görə, İranın real təzyiq mexanizmi yoxdur və o, beynəlxalq sanksiyalarla bağlı qonşularla sabit münasibətlərə ehtiyac duyur: "Rusiya barədəsə bunu demək olmaz. Bu ölkənin ekoloji təhlükəsizlik kimi gətirdiyi dəlil ciddi deyil, - bu, diplomatik pərdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB