Böyük Britaniya hökuməti ölkə vətəndaşlarının internetdəki hərəkətlərinə nəzarətin həyata keçirilməsində hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətlərin verilməsinə dair qanun layihəsi üzərində işləyir. SİA-nın "Reuters" ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ölkənin Daxili İşlər Nazrlyinin yaydığı bəyanatda öz əksini tapıb.
İnzibati qurumlara vətəndaşların hansı saytlara girdiklərinə dair bilgiyə sahiblik hüququ verəcək qanun britaniyalıların telefon danışıqlarının da izlənilməsini nəzərdə tutub. Qanun layihəsi vətəndaşların kimə zəng etdiklərini, onlarla nə qədər söhbətləşdiklərini müəyyənləşdirməyi leqallaşdıracaq. Amma telefon danışığının məzmununa müdaxilə olunmayacaq. Yəni, bir-birilə söhbətləşən iki şəxsin fikir mübadiləsinin nədən ibarət olduğu bilinməyəcək.
Tezliklə İngiltərə parlamentinə təqdim ediləcəyi gözlənilən qanun layihəsinin tərəfdarları hesab edirlər ki, sözügedən sahədəki sərtləşdirmə ağır cinayətlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla belə sənəd siyasətçilər və ekspertlər tərəfindən ciddi etirazla qarşılanıb. Onların fikrincə, internetin konfidensiallığının təhlükədə olduğunu bildirməklə hansısa tədbirlərə əl atmaq ideyası sadə vətəndaşlara qarşı yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB