ABŞ dünyanın ən böyük kəşfiyyat mərkəzini qurur. SİA-nın \"Zaman\" qəzetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Utah ştatında çölün ortasında bütün dünyanı dinləyə biləcək nəhəng dinləmə və kəşfiyyat mərkəzi qurulur. 2004-cü ildə inşasına başlanan təsis 2 milyard dollara başa gələcək və gələn ilin sentyabr ayında fəaliyyətə hazır olacaq.
Bu sistemlə dünyada telefon və internetdən keçən bütün məlumatlar yoxlanıla biləcək. Alış-veriş və cərimələrdən məhkəmə qərarlarına, iş müqavilələrinə bağlı hər cür məlumat əldə edilə biləcək. Toplanan məlumatların analizi üçün xüsusi şifrəqırma qrupları yaradılıb. İndiyə qədər mərkəzdə toplanan məlumatların 5 ekstabayt olduğu düşünülür. Yeni mərkəzdə əməliyyatlar \"milyon eksabayt\" mənasına gələn \"yootobit\" vahidləri ilə həyata keçiriləcək.
ABŞ kəşfiyyat qurumlarını məlumatla təmin edəcək mərkəzdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Yalnız görüntülü təhlükəsizlik sisteminin 10 milyon dollara başa gəldiyi, illik enerji xərclərinin isə 40 milyon dollar olduğu bildirilir.
Qeyd edək ki, ABŞ bundan əvvəl də İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kəşfiyyat qurumları ilə birlikdə dünyanın ən böyük izləmə sistemi olan \"Echelon\"u qurmuşdu. Dünya miqyasında dinləmə və qeydə alma gücünə sahib, çox inkişaf etmiş kompyuter şəbəkəsi olan sistem müxtəlif bölgələrdəki bazalar, peyklər, casus təyyarələr, gəmilər və dənizaltılar tərəfindən əldə edilən məlumatları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB