Suriyada qarşıdurmalar səngimək bilmir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya Yerli Koordinasiya Komitəsinin yaydığı xəbərdə bildirilir ki, ölkə daxilində 6-sı uşaq, 4-ü qadın olmaqla ümumilikdə 80 nəfər həlak olub. Qeyd olunub ki, İdlib və Humusda 21, Hamada 17, Dərada 9, Dərəyəzdə 8, Hələbdə iki və digər şəhərlərdə 3 adam təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB