Prezident Barak Obama İrandan neft idxal edənlərə qarşı yeni sanksiyaları təsdiq edib. Ağ Evin bəyanatında deyilir ki, bazarlarda İran neftini əvəzləyəcək kifayət qədər təchizatın olduğu üçün boykota qoşulan ölkələr bu addımın altını çəkməyəcək.
Prezidentin təsdiq etdiyi qərarlar İranla neft sövdələşmələrini həyata keçirən xarici banklara qarşı yönəlib. İran mübahisəli nüvə proqramının doğurduğu narahatlıq fonunda iqtisadi təzyiqlərlə üzləşir.
Tehran məxfi nüvə proqramına malik olması haqqında qərbdən səslənən ittihamları rədd edir. Ağ Ev 2012-ci ilin ilk ayında dünya bazarlarındakı təlatümlər nəticəsində neft təklifinin tələbdən aşağı olduğunu etiraf edib.
Lakin bu vəziyyətin düzəldiyini qeyd edən Vaşinqton hazırda İran neftini əvəzləyəcək təchizatın artdığını bildirir.
Dekabr ayında qüvvəyə minmiş ABŞ sanksiyaları tələb edir ki, ölkələr iyunun 28-dək İrandan neft ixracının əsaslı şəkildə azaldılmasını təsdiq etsinlər.
Bu tələbə əməl etməyənlərin ABŞ maliyyə sistemi ilə əlaqələri kəsilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB