Türkiyədə \"Balyoz\" cinayət işi üzrə 350 nəfərə həbs cəzası tələb olunub

Türkiyədə \"Balyoz\" cinayət işi üzrə 350 nəfərə həbs cəzası tələb olunub

Türkiyədə "Balyoz" hərbi çevriliş planına dair cinayət işi çərçivəsində aralarında təqaüdçü generalların və yüksək rütbəli zabitlərin olduğu 350 nəfərə 15 ildən 20 ilə qədər həbs cəzasının verilməsi tələb edilib. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bu şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan admiral Özdən Örnək, 1-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan da var.

Qeyd edək ki, "Balyoz" cinayət işinə cəlb edilən şəxslər Türkiyənin mövcud hökumətini devirmək üçün plan hazırlamaqda ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə