İsveçin müdafiə naziri Sten Tolqfors istefa verib. Buna səbəb ölkənin Səudiyyə Ərəbistanında hərbi zavodun tikintisində iştirakının mümkünlüyü ilə bağlı yaranmış qalmaqal olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu ölkənin dövlət radiosunun yaydığı məxfi sənədə görə ölkə hərbçiləri Səudiyyə Ərəbistanında silah zavodunun tikintisinə köməklə bağlı danışıqlar aparır. İsveçdə Səudiyyə Ərəbistanına hərbi avadanlıqların ixracı qadağan deyil. Amma danışıqların məxfi xarakter daşıması siyasi və ictimai dairələrdə tənqidlə qarşılanıb. İdarəsinin mövqeyini müdafiə edən Tolqfors isə danışıqların hərbi əməkdaşlıq sahəsindəki ikitərəfli razılaşma çərçivəsində aparıldığını deyir. Müxalifət hesab edir ki, İsveç diktatura rejimini dəstəkləməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB