ABŞ Konqresinin gündəliyinə Suriya prezidenti və onun rejiminin ittihamı ilə bağlı qətnamə daxil edilib. SİA-nın məlumatına görə, onun müəllifləri sırasına Respublikaçılar Partiyasının bir sıra nüfuzlu senatorları, o cümlədən Con Makkeyn və azad senator Cozef Liberman daxildir. Layihə müəllifləri ölkə prezidenti Barak Obamanı da Suriyaya qarşı fəaliyyətdə uğursuzluqda ittiham ediblər. Onlar həmçinin ABŞ administrasiyasından Suriya müxalifətinə kömək etmək məqsədi ilə ərəb ölkələri ilə əməkdaşlığı genişləndirməyi tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB