ABŞ peyki 52 ildən sonra yerə döndü

ABŞ peyki 52 ildən sonra yerə döndü

ABŞ-ın ilk peyklərindən biri, 1960-cı il noyabrın 3-də buraxılmış "Explorer 8" elmi peyki orbitdə yarım əsr qaldıqdan sonra çərşənbə günü atmosferin sıx qatlarına daxil olub. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-da buraxılmış 8-ci kosmik aparat olan "Explorer 8" peykinin çəkisi cəmisi 40,9 kiloqram idi və o, ionosferdə 400 km-dən 1,6 min km-dək hündürlükdə elektronların sıxlığının və enerjisinin ölçülməsi üçün nəzərdə tutulmuşdu. Bundan əlavə, peykin cihazları mikrometeoritləri qeydə alıb.

Aparat cəmisi 54 gün, 1960-cı il dekabrın 27-dək, onun civə batareyası qurtaranadək işləyib. Bu peykdən əldə edilən elmi məlumatlar xüsusilə Yer atmosferində helium qatını aşkar etməyə imkan verib.

"Explorer 8" Yer orbitində qalmış ən "qədim" peyk deyil. Belə ki, kosmosda indiyə qədər Amerikanın 1958-ci il martın 17-də buraxılmış "Vanguard 1" peyki qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə