Türkiyənin Mərmərə dənizi sahillərində hərbi bərə qəzaya uğrayıb, 8 nəfər yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə axtarış işləri aparan xilasetmə gəmisi yan alıb. Xilas edilənlərdən biri qəzanın sərnişinlərin əksəriyyətinin yatdığı zaman baş verdiyini söyləyib. Ölkənin Sahil Mühafizə Xidmətinin nümayəndəsi bərənin göyərtəsində komanda üzvləri də daxil olmaqla, 36 nəfərin olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB