Bolqarıstan Müdafiə Nazirliyi 300 əsgəri Əfqanıstana hərbi xidmət keçmələri üçün ezam edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 300 şəxsi heyətdən ibarət əsgər ordusu AB-nin icra etdiyi əməliyyatda, təhlükəsizlik, müdafiə, NATO-nun qərargahında vəzifələri icra edəcək.. Bolqarıstanın Kalofer şəhərində əsgərlər mərasimlə yola salınıb. Əsgərləri yola salınması mərasimində iştirak edən Bolqarıstanın Müdafiə naziri Anyu Anqelov dedi: "Sağ və salamat dönmələrini istəyirik". Bolqar əsgərləri Qəndahardaki aerodromun təhlükəsizliyini də təmin edəcək. Bununla belə Bolqarıstan, Əfqanıstana 22 hərbi rotasını da göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB