Məhəmməd Meranın atası Fransanı məhkəməyə verəcək

Məhəmməd Meranın atası Fransanı məhkəməyə verəcək

Martın 22-də Fransa polisi Tuluzada əməliyyat keçirərək terror aktlarında şübhəli bilinən Məhəmməd Meranı öldürüb. SİA-nın xəbərinə görə, polis onun evini martın 21-nə keçən gecədən mühasirədə saxlayıb, amma Məhəmməd Mera təslim olmaq istəməyib. Lakin "Əl-Cəzirə" kanalına göndərilən son görüntülər Məhəmməd Meranın atası Məhəmməd Benalel Meranı əsəbləşdirib.

Belə ki, görüntülərdə M. Meranın güllələndiyi görüntülənib. Məhz bununla bağlı Məhəmməd Benalel Mera Fransa hökumətini məhkəməyə vermək niyyətindədir: "Hakimiyyət mənim oğlumun ölümünə imkan verməməli idi. Fransa böyük dövlətdir. Onun oğlumun həyatını xilas etmək şansı vardı. Amma xüsusi təyinatlı qüvvələr oğlumu öldürməyə üstünlük verdilər".

Qeyd edək ki, Məhəmməd Mera üç hərbçi və yəhudi məktəbinin üç şagirdini və bir müəllimini qətlə yetirməkdə şübhəli bilinirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə