Türkiyədəki zəlzələ yanacaq doldurma məntəqəsinin partlaması ilə nəticələnib
Türkiyənin Muş vilayətində baş verən zəlzələ nəticəsində evləri yararsız hala düşən 70 insan bölgənin məktəbində yerləşdirilib. SİA-nın xəbərinə görə, hadisə yerinə baxış keçirən səlahiyyətlilər 60 evin oturulmaz vəziyyətdə olduğu bildirib. Verilən xəbərlərə görə, 5 bal gücündəki zəlzələdən sonra ərazidə 2 və 3 ballıq 17 sayda yeraltı təkanlar qeydə alınıb.
Ötən gün Türkiyənin Muş vilayətində Rixter cədvəli ilə 5 bal gücündə baş verən zəlzələnin episentri Bulanık rayonunda qeydə alınıb. Rayonun Sultanlı kəndində zəlzələ nəticəsində 20-yə yaxın ev dağılıb. Yaralıların olduğu bildirilir. Bulanıq rayonun baş məmuru Ferit Görükmez kənddəki torpaq evlərdə çatların meydana gəldiyini, bəzi axırların da çökdüyünü və dağıntı altında heyvanların qaldığını deyib. Zəlzələnin ardından bölgəyə fəlakət müdaxilə qrupu ilə çadır və ədyal göndərdiyi bildirilib.
5 ballıq zəlzələ mərkəzdən 5 km uzaqlıqda olan yanacaq doldurma məntəqəsinin partlaması ilə nəticələnib. Muş – Bitlis magistral yolunun üstündəki Yanacaq Doldurma Məntəqəsində meydana gələn partlayışda bir nəfər ağır xəsarət alıb. Bədənində yanıq xəsarəti olan Ömər Özay xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. baş vermiş partlayış nəticəsində YDM-yə maddi ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB