Tacikistan, Əfqanıstan, Pakistan və İran prezidentlərinin görüşündə nə baş verib?
Düşənbədə Tacikistan, Əfqanıstan, Pakistan və İran prezidentləri - Emoməli Rəhmon, Həmid Karzai, Asif Əli Zərdari və Mahmud Əhmədinejadın dördtərəfli görüşü keçirilib.
Prezident Emoməli Rəhmon dövlət başçılarını salamlayıb, bu ölkələr arasında iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik sahələrində Əməkdaşlıq Forumunun yaradılmasını təklif edib.
Görüşdə qeyd olunub ki, Tacikistan, Əfqanıstan, Pakistan və İranın regionda müasir elektrik enerjisi və qaz təchizatı sistemlərinin yaradılması, avtomobil və dəmiryol xətlərinin tikintisi və digər sahələrdə birgə əməkdaşlığın vaxtı çatıb.
Bundan əlavə, görüşdə Qırğızıstan və Tacikistan ərazisindən keçməklə Çindən Əfqanıstana qədər uzanan dəmir yol layihəsinin tikintisi haqqında da müzakirələr aparılıb.
Xəbəri Azərtac yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB