Ötən gün Suriyanın bir neçə şəhərində prezident Bəşər Əsədin və Bəəs partiyasının hakimiyyətdən getməsi tələbi ilə yeni nümayişlər keçirilib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Homs, Dərə və İdlib başda olmaqla, bir sıra şəhərlərdə hökumət qüvvələri müxalifət tərəfdarlarına hücum etməyə davam edir. Qeyd edək ki, BMT-nin İnsan Haqları Ali Komissarlığı ötən ilin martından indiyədək Suriyada iğtişaşlarda 9700 dinc sakinin öldüyünü bəyan edib. BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annan Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyadan sonra Çinə səfər edib. Kofi Annan Pekində Çinin baş naziri Ven Çzyabao ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB