BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya probleminin həlli üzrə xüsusi nümayəndəsi Kofi Annan Moskvadan Pekinə yola düşməzdən əvvəl bildirib ki, Suriya müxalifətinin silahı haradan tapdığını bilmir.
"İTAR-TASS" xəbər verir ki, xüsusi nümayəndə söhbətləşdiyi ətraf ölkə təmsilçilərinin hələlik Suriyaya silah göndərmədiklərini vurğulayıb. Annanın sözlərinə görə, BMT-nin regiona müşahidə missiyasını nə vaxt göndərəcəyi vaxt müəyyənləşməyib. O, həmçinin münaqişənin nə vaxt həllini tapacağını söyləməkdə çətinlik çəkdiyini deyib: "Müşahidəçiləri gərək ora buraxsınlar. Hər iki tərəfin onlara hörmətlə yanaşması və bir stol arxasında əyləşməsi vacibdir".
Qeyd edək ki, Suriyada bu gün baş verən atışmalarda 20-dən artıq adamın öldüyü, 70-ə yaxınının yaralandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB