Türkiyə Suriyadakı səfirliyini bağladı

Türkiyə Suriyadakı səfirliyini bağladı

Türkiyə Suriyadakı səfirliyini bağlayıb. Bu barədə qərarı ölkənin Xarici İşlər Nazirliyi bu gün çıxarıb. Diplomatik idarənin təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlandığı deyilir.


Türkiyə mediasının verdiyi məlumata görə, səfirliyin konsulluq xidməti öz fəaliyyətini martın 22-dən dayandırmışdı. Ötən həftə eyni zamanda Türkiyə XİN Suriyadakı türk vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı.


Qeyd edək ki, Türkiyəyə qədər Suriyada Böyük Britaniyanın, ABŞ-ın, Kanadanın, İtaliyanın, Fransanın, Finlandiyanın və İspaniyanın, həmçinin Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi kimi ərəb ölkələrinin də səfirlikləri öz fəaliyyətini dayandırıb. Təhlükəsizlik səbəbindən bu addımı atan ilk ölkə isə Yaponiya olub.


Onu da deyək ki, Suriyada qanlı toqquşmalar zamanı ölənlərin sayının 8000-ə çatdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə