Pakistanda enerji böhranı yaşanır

Pakistanda enerji böhranı yaşanır

Pakistanda uzun illərdən bəri və heç cürə həllini tapa bilməyən enerji böhranı getdikcə dərinləşir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölkənin iki böyük hidroelektrik stansiyasında su səviyyəsinin düşməsi səbəbiylə istehsalın dayandığı bildirilib.

Pakistanın Enerji Naziri Seyid Nevid Kamar vəziyyətlə yaxından maraqlandığını və problemin tez bir zamanda aradan qaldırlacağını dilə gətirib.


Bütün xəbərlər Facebook səhifəmizdə