Suriyada bir sutkada 50-dən çox adam ölüb

Suriyada bir sutkada 50-dən çox adam ölüb

Suriyada son bir sutkada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş vermiş toqquşmalarda azı 54 nəfər ölüb. Suriyanın müxalifət fəalları bunu bəyan edib. Onlardan 25-i ölkənin üçüncü böyük şəhəri sayılan Homsda öldürülüb. Daha 19 nəfər şimal-qərbdəki İdlib vilayətində, 10 nəfər isə Sarakeb şəhərində toqquşmaların qurbanı olub. Sarakeb şəhərinə tankların daxil olduğu, hökumət qüvvələrinin isə həbslər etdiyi bildirilir. Hüquq müdafiəçiləri paytaxt Dəməşqdə də atışmalar barədə xəbər verir.


Xatırladaq ki, Suriyada qarışıqlıq ötən il martın 18-də başlayıb. BMT-nin açıqlamasına görə, bu müddət ərzində Suriyada ölənlərin sayı 8 mini ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə