Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) ölkənin keçmiş dövlət başçısı Kim Çen İrin vəfatı ilə bağlı 100 günlük matəm başa çatıb. Bu məqsədlə respublikada geniş tədbir proqramı keçirilib.
KXDR-in Dövlət Teleqraf Agentliyi xəbər verir ki, təntənəli mərasimdə ölkənin yeni lideri, Kim Çen İrin varisi Kim Çen İn iştirak edərək öncə atasının,sonra babasının qəbrini ziyarət edib.
Qeyd edək ki, Şimali Koreyaya 1994-cü ildən rəhbərlik edən Kim Çen İr ötən ilin dekabrın 17-də dünyasını dəyişib.
Onu da deyək ki, KXDR-də matəm günləri ölkənin ABŞ-la əlaqələrinin kəskinləşməsi fonunda yaşanıb. Pxenyanın kosmosa raket buraxmaq istəyi Vaşinqton tərəfindən kəskin etirazlara səbəb olub. Bu arada Şimali Koreyanın yeni lideri gənc Kim Çen İnin respublika daxilində, xüsusən də orduda kütləvi represiyalar apardığı da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB