Avropa Birliyinin xarici işlər nazirləri Belarusa və Suriyaya münasibətdə sanksiyaları genişləndiriblər. Xarici mətbuat xəbər verir ki, sanksiyaların birinci hissəsi Lukaşenko hakimiyyəti ilə bağlıdır.
Belə ki, Belarusun bir neçə firmasına, eləcə də 12 müxtəlif vəzifəli vətəndaşına qarşı məhdudiyyət nəzərdə tutulub. Əvvəllər ölkəyə qarşı sanksiyalar Belarus prezidenti, onun iki oğlu da daxil olmaqla ümumilikdə 227 məmurun Avropa banklarındakı hesablarının dondurulması və onlara qitə ölkələrinə çıxışın qadağan olunması ilə bağlı idi.
Suriyaya gəldikdə isə AB ölkə prezidenti Əsma Əsədin və onun qohumlarının şəxsi hesablarının dondurulmasını nəzərdə tutan sanksiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB