17 əfqanı öldürən hərbiçiyə ittihamlar irəli sürülüb

17 əfqanı öldürən hərbiçiyə ittihamlar irəli sürülüb

Əfqanıstanın Qəndahar əyalətində dinc sakinləri güllələyən Amerika hərbçisi Robert Beylzə ittiham irəli sürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qatilə qarşı 17 nəfəri öldürmək, 6 nəfəri də öldürməyə cəhd ittihamları irəli sürülüb. Robert Beylzə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilərsə, onu ölüm hökmü gözləyir

Qeyd edək ki, Robert Beylz martın 11-də hərbi bazadan ayrılaraq Qəndəhar vilayətinin iki kəndində dinc sakinlərə atəş açaraq, 9-u uşaq və 4-ü qadın olmaqla, 17 nəfəri öldürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə