İran din və media azadlıqlarının ən çox boğulduğu ölkələr sırasındadır

İran din və media azadlıqlarının ən çox boğulduğu ölkələr sırasındadır

İran din və media azadlıqlarının ən çox boğulduğu ölkələr sırasındadır. SİA-nın "voanews"-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Beynəlxalq Dini Azadlıqlar Komissiyası Dünyada dini azadlıqlar barədə cari il üçün hazırladığı hesabatda yer alıb.

Hesabatın İrana ayrılmış hissəsində yazılır ki, bu ölkədə insanlar hələ də təkcə dini etiqadlarına görə uzun müddət həbsdə saxlanır, işkəncələrə məruz qalır, bəzi hallarda isə edam olunurlar.

Hesabatda qeyd edlir ki, teokratik konstitusyon sistemlə idarə olunan İran respublikasında insanlar mənsubu olduqları din və inamlarına görə ayrı seçkiliyə məruz qalırlar: "Keçən bir il ərzində dini azadlıqların vəziyyəti daha da pisləşib. Disidentlər və insan hüquqları müdafiəçilərinə qarşı pis rəftar həmin müddət ərzində daha da artıb, onlardan bəziləri saxlanıb və bir neçəsi " İslam Nizamına Qarşı Mübarizə Aparmaq" (Allaha qarşı mübarizə) ittihamı ilə edam edilib. Həmin il ərzində, azlıqda olan sünnü müsəlmanlar, sufilər, Bəhailər, xristianlar, yəhudilər, ateşpərəstlər, asurilərə qarşı hədə-qorxu, ayrı seçkilik, həbs hadisələri artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə