Ərəb Baharı Portuqaliyada

Ərəb Baharı Portuqaliyada hökm sürməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Portuqaliyanın ən iri həmkarlar ittifaqı sərt ixtisar ölçülərinə qarşı 24 saatlıq tətil elan edib. Portuqaliya Fəhlələri Baş Konfederasiyasının təşkil etdiyi müvəqqəti tətil əsasən avtobus və qatar sistemi olmaqla, ictimai xidmət sektorunu hədəf alıb.

Yanğınsöndürənlər fəaliyyətini davam etdirir, amma onlardan da bəziləri hökumətin işsizliyin artması və maaşların azalması ilə nəticələnən islahatlarına etiraz edirlər.

Qeyd edək ki, Portuqaliya hökuməti ötən mayda Beynəlxalq Valyuta Fondundan və Avropa İttifaqından 103 milyard dollarlıq maliyya paketinin müqabilində 3 illik iqtisadi islahatlar həyata keçirməyə razı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə