Avropa Birliyinin xarici işlər nazirlərinin növbəti görüşündə Belarusa qarşı yeni sanksiyalar nəzərdən keçiriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, AB Belarusun daha 12 vətəndaşına qarşı sanksiyalar tətbiq edəcək.
Bunlar Belarus prezidenti Aleksandr Lukaşenko və onun yaxın ətrafından olacaq. Sanksiyaların tətbiq ediləcəyi şəxslərin Avropa Birliyi ölkələrinə çıxışı qadağan ediləcək.
Qeyd edək ki, sanksiyalara dair qərar sabah Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici işlər nazirlərinin görüşündə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB