Malidə dövlət çevrilişi baş verib

Malidə dövlət çevrilişi baş verib

Malidə dövlət çevrilişi baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gün axşam Mali ordusu paytaxt Bamakoda prezident sarayını mühasirəyə alıb, martın 22-də səhər isə saray tamamilə hərbçilərin nəzarəti altına keçib. Hərbçilər prezidentin devrildiyini, bir neçə naziri, o cümlədən xarici işlər nazirini həbs etdiklərini açıqlayıblar. Prezident Amadu Tumani Turenin harada olduğu məlum deyil.

Hakimiyyəti ələ keçirən hərbçilər birbaşa efirdə Konstitusiyanın qüvvədən düşdüyünü, hökumətin və digər dövlət institutlarının buraxıldığını elan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə